Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda yaşayış evində yanğın

01.01.2024 [01:19]

Xəbərin mətni

Yeni ilin ilk saatında Bakının Xətai rayonunda - İlqar Zülfüqarov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə məlumat verilib.
Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.