Çin istehsalı olan ən iri kruiz gəmisi ilk səfərinə başlayıb
02.01.2024 [12:45]
Xəbərin mətni
Çinin yerli istehsalı olan ən iri kruiz gəmisi “Adora sehrli şəhər” ilk kommersiya səfərinə başlayıb.
Göyərtəsində 3 mindən çox sərnişin olan gəmi bir həftə ərzində Cənubi Koreyanın Cecu adasına, Yaponiyanın Naqasaki və Fukuoka şəhərlərinə baş çəkəcək. Sərnişinlərin rahat səyahəti və mənalı istirahəti üçün gəmidə müxtəlif xidmətlər göstərilir, Çin və qərb mətbəxinə aid 26 restoran fəaliyyət göstərir.