Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəhid general-mayor Polad Həşimov və mayor Murad Məmmədovun xatirələri anılıb

02.01.2024 [13:53]

Xəbərin mətni

Yanvarın 2-si Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun və Dövlət Sərhəd Xidmətinin şəhid zabiti, mayor Murad Məmmədovun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar II Fəxri xiyabanda Polad Həşimovun və Murad Məmmədovun xatirələri yad olunub.
Mərasimdə Polad Həşimovun və Murad Məmmədovun ailə üzvləri, Müdafiə Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları, Vətən müharibəsinin iştirakçıları, şəhid ailələri, şəhidlərin döyüş yoldaşları, ictimaiyyətin nümayəndələri iştirak ediblər.