Yaponiyada təyyarə hava limanına eniş edərkən yanıb
02.01.2024 [13:58]
Xəbərin mətni
Tokionun “Haneda” beynəlxalq hava limanında “Yaponiya Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarə yanıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, ölkənin Hokkaydo adasından Tokioya gələn “Airbus A350” tipli təyyarə yerli vaxtla saat 16:00 radələrində uçuş zolağına endikdən sonra Yaponiyanın sahil mühafizə bölmələrinə məxsus təyyarə ilə toqquşub.