Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dəmiryolu keçirdi, canından oldu

03.01.2024 [13:30]

Tovuz stansiyasında teplovoz dəmir yolu üzərinə çıxan piyadanı vuraraq öldürüb. "Azərbaycan Dəmir Yolları" QSC yaydığı məlumatda bildirilir ki, ADY-yə məxsus teplovoz Tovuz stansiyasında hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmayan yerdən qəfil keçməyə cəhd edib. Maşinist təcili tormozlama aparsa da, məsafə az olduğundan toqquşma qaçılmaz olub və həmin şəxs hadisə nəticəsində dünyasını dəyişib. Ölən şəxs 58 yaşlı Mirzəyev Azad Əjdər oğludur. Faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırmalara başlanılıb.