Yaponiyada zəlzələdə ölənlərin sayı 65-ə çatıb
03.01.2024 [15:18]
Yaponiyanın mərkəzində baş verən zəlzələlər nəticəsində ölənlərin ümumi sayı 65 nəfərə çatıb. 100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qurbanların və xəsarət alanların əksəriyyəti zəlzələlərin mərkəzi olan İşikava prefekturasının sakinləridir.