Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zaqatalada ağır qəza - Yaralılar var

04.01.2024 [11:36]

Ağır yol-nəqliyyat hadisəsi Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mersedes” markalı mikroavtobus və “Niva” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Muğanlı kənd sakinləri 30 yaşlı Yusif Əliyev, 36 yaşlı Səxavət Qurbanov və 10 yaşlı Ziya Dəmirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.