Zaqatalada 5 otaqlı ev yandı
04.01.2024 [18:06]
Zaqatalada 5 otaqlı fərdi yaşayış evi yanıb.Yanğın hadisəsi rayonun Yeni Suvagil kəndində, kənd sakini Aydın Ramazanova məxsus, ümumi sahəsə 150 kv/m olan kürsülü 5 otaqdan ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.