Gəncədə avtomobil yandı
05.01.2024 [01:25]
Hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb. "BMW" markalı minik maşını hərəkətdə olan zaman anidən yanmağa başlayıb. Dərhal hadisə yerinə FHN-nın Gəncə şəhər Yanğından mühafizə idarəsinin yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Avtomobil yanğın söndürənlər tərəfindən söndürülüb, minik maşının qalan hissəsi yanğından mühafizə edilib.