Qızılca qardaşın birini öldürdü, digərinin vəziyyəti ağırdır
06.01.2024 [18:56]
2023-cü il dekabr ayının son günlərindən Şəkinin Sarıca kənd sakinləri Məmişov Yusif və Məmişov Əli qardaşlarında öskürmə, yüksək hərarət, halsızlıq, tərləmə əlamətləri olub. Hər iki uşaqla bağlı 03.01.2024-cü il tarixində Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım bölməsinə müraciət edilib, Xəstəxanaya daxil olarkən Məmişov Yusif İsmayıl oğlunun vəziyyəti ağır olub. Ətraflı laborator, diaqnostik müayinələr aparılıqdan sonra yolxucu xəstəliklər şöbəsinə yerləşdiriliblər.