Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qəbələdə avtomobil yandı: Ölən var

07.01.2024 [10:17]

Qəbələnin Böyük Əmili kəndində 99 KJ 966 dövlət qeydiyyat nişanlı “Mersedes” markalı avtomobil yoldan çıxaraq agaca çırpılaraq yanıb. Əraziyə cəlb olunan FHN-nin yanğından mühafizə hissəsinin əməkdaşları tərəfindən avtomobil söndürülüb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə Qəbələ rayonunun Böyük Əmili kəndi ərazisindəcbaş verən qəzada “Mercedes” markalı avtomobilin sürücüsü Rafael Əzizovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca çırpılıb və yanıb.
Hadisə nəticəsində sürücü və sərnişini Məhəmməd Qafarov xəsarət alıb, digər sərnişin, 54 yaşlı Rafael Mirzəliyev aldığı xədarətlərdən hadisə yerində ölüb.