Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanın Pravoslav Xristian İcması Milad bayramını qeyd edib

07.01.2024 [12:08]

Xəbərin mətni

Azərbaycanın Pravoslav Xristian İcması da hər il ənənəvi olaraq Milad bayramını qeyd edib. Azərbaycanda xristianlığın çox qədim tarixi var. Təsadüfi deyil ki, Qafqazdakı ilk xristian məbədləri məhz burada yaranıb. Bu torpaqda dünya dinləri əsrlər boyu insanlar arasında dostluq və qardaşlıq münasibətlərinin qurulmasında əvəzsiz rol oynamışdır. Azərbaycanda heç vaxt milli və dini dözümsüzlük halları baş verməyib. Digər konfessiyaların nümayəndələri kimi, Azərbaycan xristianları da cəmiyyətin tamhüquqlu üzvləridir, ölkə həyatında fəal iştirak edirlər. Azərbaycanda bir neçə pravoslav məbədi var.