Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xaçmazda zəncirvari qəza

07.01.2024 [20:33]

Xəbərin mətni

Xaçmazda zəncirvari avtomobil qəzası baş verib. Qəza zamanı iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissəsində "VAZ 2107" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəzaya uğrayan "VAZ 2107" sonradan yolun kənarında dayanan başqa bir minik avtomobilinə də çırpılıb.