Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yaponiyada zəlzələdə ölənlərin sayı artır

08.01.2024 [11:40]

Xəbərin mətni

Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 161-ə çatıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 500-dən çox xəsarət alan var. İtkin düşənlərin sayı 103 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Yağışlı hava şəraiti axtarış işlərinə mənfi təsir edir.