Azərbaycan Dövlət İnformasiya Agentliyi

Seçkilərlə bağlı “ASAN xidmət”də yeni layihə

08.01.2024 [17:00]

Xəbərin mətni

Fevralın 7-də ölkəmizdə keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində iştirakla bağlı “ASAN xidmət” mərkəzlərində innovativ həll təmin edilib.
AZƏRTAC xəbər verir ki, mərkəzlərdə olan “ASAN növbə” terminallarına “Seçici statusunu yoxla” adlı funksional bölmə əlavə edilib. Vətəndaşlar şəxsiyyət vəsiqələrini qeyd olunan yerdə oxudaraq adlarını seçici siyahısında yoxlaya və hansı seçki məntəqəsində səs verməli olduqlarını öyrənə bilərlər.
Həmçinin qeydiyyat üzrə seçki dairəsi və məntəqəsi, səs veriləcək seçki məntəqəsinin ünvanı haqqında məlumatları əldə etmək mümkündür.