Azərbaycan Dövlət İnformasiya Agentliyi

Havada dəm qazının miqdarı niyə çoxdur?

08.01.2024 [19:29]

Bakının havasında dəm qazının miqdarı 1.2 dəfədən çox müəyyən edilib. Dəm qazının miqdarının normadan yüksək olmasına əsas səbəb nəqliyyatın sıx hərəkətidir. Şəhərdə avtomobillərin sayının günü-gündən çoxaldığını nəzərə alsaq həyəcan təbili çalmağa ehtiyac varmı? Cavabı mütəxəssisdən öyrənəcəyik.
Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Ekoloq Amin Məmmədov deyir ki, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşımasıdır.