Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şəkidə ev yanıb: Xəsarət alan var

08.01.2024 [19:47]

Şəki şəhəri 20 Yanvar küçəsində, 92 yaşlı Nəzihə İbrahimovaya məxsus, ümumi sahəsi 120 kv/m olan birmərtəbəli 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində yanğın baş verib.
Əraziyə Fövqaladə Hallar Nazirliyinin Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları, mətbəxin 15 kv/m-lik sahəsinin və aynəbəndin tavanının 3 kv/m-lik sahəsinin yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Qonşuların köməyi ilə ev sahibi, 92 yaşlı Nəzihə İbrahimova evdən çıxarılarkən ayaq nahiyəsindən yanıq xəsarəti alıb.