Azərbaycan Dövlət İnformasiya Agentliyi

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı ən son məlumat

09.01.2024 [12:07]

Respublika Perinatal Mərkəzində baş vermiş yanğınla bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun rəhbər vəzifəli şəxslərinin iştirakı ilə hadisə yerinin müayinəsi aparılıb, Eləcə də zəruri və təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib. Qeyd edilib ki, Mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub. Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanıb.