Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın rəsmi qarşılanma mərasimi olub

09.01.2024 [12:37]

Xəbərin mətni

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın yanvarın 9-da rəsmi qarşılanma mərasimi olub.
AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanı qarşıladı.

Bölmənin digər videoları