Azərbaycan Dövlət İnformasiya Agentliyi

Eldəniz Məmmədov: Prezident seçkiləri ərəfəsində polis gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

09.01.2024 [14:15]

Xəbərin mətni

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Silahlı Qüvvələrin 44 günlük Vətən müharibəsində və 2023-cü ildə keçirilmiş lokal xarakterli antiterror əməliyyatlarında göstərdiyi şücaət nəticəsində ərazi bütövlüyümüz bərpa edilib. Bununla da qarşıdan gələn prezident seçkiləri müstəqillik tariximizdə ilk dəfədir ki, bütöv Azərbaycan ərazisində keçiriləcək.
AZƏRTAC xəbər verir ki, bunu növbədənkənar prezident seçkiləri ilə əlaqədar polisin xidməti fəaliyyətinin daha da təkmilləşdirilməsinə həsr olunmuş seminar-müşavirədə çıxış edən Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki Eldəniz Məmmədov deyib.