Yaponiyada zəlzələdə ölənlərin sayı 200-ü ötüb
09.01.2024 [17:02]
Xəbərin mətni
Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 202-yə çatıb.
AZƏRTAC Yaponiya mediasına istinadla xəbər verir ki, dağıdıcı zəlzələ nəticəsində 568 nəfər xəsarət alıb. İtkin düşənlərin sayı 120 nəfərdir. Hazırda təbii fəlakət bölgəsində axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Yağışlı və şaxtalı hava şəraiti axtarış işlərinə mane olur.