Pensiyalar fevral ayından artımla veriləcək
10.01.2024 [15:44]
Xəbərin mətni
Pensiyaların 10,8 faiz indeksləşdirilməsi gözlənilir. İndeksləşmə yanvarın 1-dən hesablanacaq və artım fevral ayının pensiyasında vətəndaşlara veriləcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov fondun 2023-cü ildəki fəaliyyətinin yekunlarına və qurumun hədəflərinə dair keçirdiyi mətbuat konfransında bildirib.