Azərbaycan Dövlət İnformasiya Agentliyi

Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib

10.01.2024 [16:48]

Xəbərin mətni

Yanvarın 10-da Bakıda Milli QHT Forumunun Ümumrespublika Forumu keçirilib.
AZƏRTAC xəbər verir ki, Forumda 300-dək Qeyri-Hökumət Təşkilatı (QHT) rəhbəri iştirak edib.
Tədbirdə əvvəlcə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.