Bakıda 32 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
11.01.2024 [14:23]
Xəbərin mətni
Polis əməkdaşları tərəfindən narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində mübarizə tədbirləri qətiyyətlə davam etdirilir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, bu istiqamətdə Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən Bakının Sabunçu rayonunda keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edənlər əvvəllər məhkum olunmuş paytaxt sakini Zaur Hacıyev və tanışı Bəhruz Cəbiyev saxlanılıblar.