Azərbaycan Dövlət İnformasiya Agentliyi

Harbin buz və qar festivalı “Ginnesin rekordlar kitabı”na düşüb

12.01.2024 [14:40]

Çinin şimal-qərbindəki Harbin şəhərində təşkil olunan illik buz və qar festivalının “Buz və qar dünyası” parkı “Ginesin rekordlar kitabı”na düşüb.
Təşkilatçıların açıqlamasında deyilir ki, Harbin buz və qar festivalının “Buz və qar dünyası”nın sahəsi ildən-ilə genişləndirilərək 816 min 682 kvadratmetrə çatıb. Parkda Harbindən keçən və qışda səthi bir metrədən donan Sonhua çayından yığılan 250 min kubmetr buzdan və qardan hazırlanan 1000-dən çox heykəl, fiqur, dünyanın müxtəlif ölkələrindəki tanınmış memarlıq abidələrinin, o cümlədən bina və körpülərin, nağıllarda və çizgi filmlərindəki qəsrlərin maketləri nümayiş olunur. Buzdan hazırlananlar maketlər içəridən işıqlandırıldığı üçün gecələr xüsuslə gözəl mənzərə yaranır. Buz və qar fiqurların hazırlanmasında çinli və xarici mütəxəssislər birgə çalışıb. Bu maketlərin bəzilərinin hündürlüyü 50 metrə, uzunluğu 100 metrə çatır.