Azərbaycan Dövlət İnformasiya Agentliyi

Oğuzda 4 ailənin evi yandı

12.01.2024 [17:43]

Oğuzda 4 məcburi köçkün ailəsinin yaşadığı ev yanıb. Hadisə şəhər ərazisində 20 yanvar küçəsinndə qeydə alınıb. Belə ki, 4 ailənin, ümumilikdə 15 nəfər məcburi köçkünün məskunlaşdığı ev anidən alovlanıb. Hadisə yerinə Oğuz və Şəkidən Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və 4 yanğınsöndürən texnika cəlb olunub. Yanğın zamanı tikili yararsız vəziyyətə düşüb. Xəsarət alan olmayıb.