Taxta və məişət tullantıları yığılmış tikilidə yanğın baş verib
12.01.2024 [22:59]
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində taxta və məişət tullantıları yığılmış tikilidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində 30 kv.m. sahədə taxta və məişət tullantıları yanıb, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.