Azərbaycan Dövlət İnformasiya Agentliyi

DYP hava ilə əlaqədar müraciət etdi

13.01.2024 [11:24]

Xəbərin mətni

“Xəbərdarlıq edildiyi, kimi hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağışlı, qarlı hava hökm sürür.
Qeyri-sabit hava şəraitinin yollarda xoşagəlməz hadisələrə səbəb olmaması üçün hərəkət iştirakçılarını ehtiyatlı olmağa, yolların sürüşkənliyini nəzərə alaraq sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, nəqliyyat vasitələrinin texniki sazlığına diqqət yetirməyə çağırırıq”.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin hərəkət iştirakçılarına müraciətində deyilir.