Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çində mədən qəzasında həlak olanların sayı artır

13.01.2024 [16:37]

Çinin Henan əyalətində kömür mədənində baş vermiş qəza nəticəsində ölün və itkin düşünləri sayı artmaqdadır. Hazırda daha 10 nəfərin həlak olduğu və 6 nəfərin isə itkin düşdüyü bildirilir. İlkin araşdırmalara görə, mədəndə 61 nəfər olub. Ərazidə xilasedicilər işləyir. Qəzaya səbəbin havalandırma sistemində baş verən qaz sızıntısı olduğu ehtimal edilir.