Şəkidə dörd nəfər dəm qazından zəhərləndi
13.01.2024 [16:44]
Şəkidə dörd nəfər dəm qazından zəhərlənib.
Hadisə Şəki şəhəri Məzahir Abbasov küçəsində fərdi yaşayış evlərinin birində baş verib. Bir evdə kirayə qalan 33 yaşlı Ələsgər Cəfərov, 65 yaşlı Fərahim Muradov, 44 yaşlı Zöhrab Hənifəyev və 33 yaşlı Lətif Mehdizadə dəm qazından zəhərlənmə, ürəkbulanma, qusma, halsızlıq əlamətləriylə Şəki Rayon Mərkəzi Xətəxanasına müraciət ediblər.
Onlara lazımı tibbi yardım göstərilib. Ələsgər Cəfərovun vəziyyəti orta ağır, digər 3 nəfərin vəziyyəti isə kafi qiymətləndirilərək evə buraxılıblar.