Şamaxı-İsmayıllı yoluna əlavə polis heyəti cəlb olunub
13.01.2024 [22:04]
Xəbərin mətni
Şamaxı-İsmayıllı avtomobil yollarında hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.
Polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməkliklər göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.