Qar səbəbindən Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çətinliklər yaranıb
13.01.2024 [23:12]
Xəbərin mətni
Bu gün Şamaxıya yağmağa başlayan qar axşam saatlarında intensivləşib. Qarın yağması və havanın şaxtalı olması səbəbindən sözügedən avtomobil yolu buz bağlayıb, nəticədə 100 dən çox avtomobil yolda qalıb. Qar avtomobil yolunun Muğanlı dolaylarında hərəkəti daha da keçilməz edib. Muğanlı-İsmayıllı, həmçinin Ağsu istiqamətində yollarda hərəkət çətinləşib. Yaranan tıxac səbəbindən avtomobillər sürüşərək bir-birinə dəyib.