Qarlı hava ilə əlaqədar paytaxt yollarında sürət həddi endirilib
14.01.2024 [00:22]
Hazırda müşahidə olunan buludlu və qarlı hava şəraiti ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda bəzi çətinliklərlə əlaqədar sürət həddi 40 kilometr/saata endirilib. Sürücülərdən hava şəraitini nəzərə alıb, müəyyənləşmiş sürət həddində hərəkət etmələri tövsiyə olunur.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yanvarın 14-də qarın bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.