Bakı-Sumqayıt yoluna duz və qum səpilir
14.01.2024 [01:06]
Bakıdan Sumqayıt şəhəri istiqamətində və Sumqayıt şəhəri ərazisindəki yollarda polis əməkdaşları tərəfindən hərəkət təşkil olunur. Yollara yol patrul xidməti avtomobillərinin müşayəti ilə qum və duz səpilir. Hərəkət tənzimlənir. Təhlükəsizlik tədbirləri davam edir.