Polislər vətəndaşlara kömək edir
14.01.2024 [14:04]
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları respublikanın bütün ərazisində hava şəraiti ilə əlaqədar gücləndirilmiş rejimdə əlavə heyətlə xidmətlərini davam etdirirlər.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli olub. Ölkə ərazisində hava şəraiti ilə əlaqədar ağır, yaxud ölümlə nəticələnən hadisə qeydə alınmayıb.