Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir
14.01.2024 [15:56]
Yanvarın 14-ü saat 12:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır. Hazırda paytaxt yollarında vəziyyət normaldır, sıxlıq müşahidə olunmur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1 dərəcəyə yaxın, Naxçıvan Muxtar Respublikasında 3 dərəcəyədək şaxta, Aran rayonlarında 2 dərəcəyədək şaxta, dağlıq rayonlarda 7 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta müşahidə olunur.