Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvanda yollarda fasiləsiz hərəkət təmin edilir

14.01.2024 [16:57]

Naxçıvanın dağlıq və dağətəyi bölgələrinə yağan güclü qar nəqliyyatın hərəkətində çətinlik yaratmayıb. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, gecə saatlarından başlayaraq Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikaları vasitəsilə həm Naxçıvan şəhərində, həm də kəndlərin yollarında fasiləsiz olaraq qardan təmizləmə işləri aparılır.