Elvin Basqallı və ailəsi qəzaya düşdü
14.01.2024 [19:39]
Tanınmış jurnalist Elvin Basqallı Kürdəmirdə avtomobil qəzasına düşüb.Hadisə Bakı-Qazax əsas magistral yolunun Kürdəmirin Atakişili kəndindən keçən hissəsində qeydə alınıb.İlkin məlumata görə Bakı istiqmətində hərəkətdə olarkən sürücü idarəetməni itirib.Nəticədə avtomobil yoldan çıxaraq aşıb.Hadisə zamanı Elvin Tarverdiyev və ailə üzvləri avtomobildə olublar.Qəzada xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.