Şəmkirdə iki yük maşını toqquşdu
15.01.2024 [14:43]
Qəza nəticəsində 1 nəfər hadisə yerində ölüb, avtomobildə sıxılı vəziyyətdə qalan 1 nəfər şəxs hadisə cəlb olunmuş FHN -nin əməkdaşları tərəfindən xilas edilib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı ölən şəxs “HYUNDAI”-ın sərnişini Mingəçevir şəhər sakini, 1985-ci il təvəllüdlü Ceyhun Həsənov, zxəsarət alan sürücü isə 1985-ci il təvəllüdlü Anar Sərdarovdur. Yaralı sürücüsü Şəmkir rayon mərkəzi xəstəxanasına yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.