Azərbaycan Dövlət İnformasiya Agentliyi

Partlayışda 3 nəfərin meyiti aşkar olunub- GÖRÜNTÜLƏR

15.01.2024 [15:29]

Xəbərin mətni

Yanvarın 15-də paytaxtın Binəqədi rayonu, A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində partlayış baş verməsi barədə daxil olmuş məlumat əsasında dərhal Fövqəladə Hallar Nazirliyinin qüvvələri və prokurorluq əməkdaşları hadisə yerinə cəlb olunub. Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.Hadisə yerinə xüsusi texniki vasitələr və canlı qüvvə cəlb edilməklə yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir. İlkin araşdırmalar zamanı dağıntılar altından 3 nəfərin meyiti aşkar olunub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir.Hadisə zamanı Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından 3 nəfər sağ çıxarılıb, ümumilikdə 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlardan 6 nəfər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, digərlərinin müalicəsi xəstəxanada davam etdirilir. Onlara zəruri tibbi xidmətlər göstərilib, vəziyyətləri stabildir.