FHN nümayəndəsi Binəqədidəki partlayış və yanğından danışdı
15.01.2024 [16:12]
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev jurnalistlərə açıqlamasında bildirib ki, 11:50-də yanğınla bağlı siqnal daxil olub, 6 dəqiqədən sonra ilk yanğın bölmələri hadisə yerinə çatıb. Nəticədə ümumi sahəsi 13 min kvadrat metr olan istehsalat sexlərinin 2750 kvadratmetri sahəsi dağıntılara məruz qalıb. Hazırda yanğın tam söndürülüb.