MƏDƏNİYYƏT


Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Vyanada konsert verib

Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının rəhbəri, Xalq artisti Salman Qəmbərovun rəhbərlik etdiyi caz qrupu Avstriyanın ən tanınmış caz məkanı olan “Porgy&Bess” caz klubunda konsert verib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə baş tutan konsertdən əvvəl klubun rəhbəri Kristof Huber mütəmadi olaraq Azərbaycan musiqisinə diqqət ayırdıqlarını bildirib. O, indiyədək qurulan uğurlu əməkdaşlığa görə Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib.