Sabunçuda əməliyyat zamanı silahlı şəxslər tutuldu
16.01.2024 [10:16]
Xəbərin mətni
Vətəndaşlarda qanunsuz olaraq saxlanılan odlu silah-sursatın əməliyyat yolu ilə aşkar edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifov üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlanılıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.