Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusarda saxlanılan şəxsdən 3 kiloqramdan çox narkotik aşkarlanıb

16.01.2024 [11:44]

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Elvin Kərimov saxlanılıb.
Həmin şəxsin üzərindən 3,2 kiloqram narkotik vasitə olan marixuana və 300 qramdan artıq heroin aşkar olunaraq götürülüb.