Yaponiyada zəlzələdə ölənlərin sayı 232-yə çatıb
17.01.2024 [12:14]
Xəbərin mətni
Yaponiyanın İşikava prefekturası sahillərində yanvarın 1-də baş verən 7,6 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 232-yə çatıb. Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə İşikava prefekturasının hakimiyyət orqanları məlumat yayıb. Xəsarət alanların sayı 1000-dən çoxdur. Hazırda 21 nəfər itkin hesab olunur.