Ölkə üzrə sayca 27-ci “ASAN xidmət” Lənkəranda fəaliyyətə başlayıb
17.01.2024 [18:55]
Xəbərin mətni
Ötən gün Prezident İlham Əliyevin iştirakı ilə Lənkəranda ölkə üzrə sayca 27-ci “ASAN xidmət” mərkəzi açılıb. Bu gün fəaliyyətə başlayan mərkəzə günün sonuna kimi 500-ə yaxın vətəndaş müraciət edib.
AZƏRTAC xəbər verir ki, Lənkəran, Astara, Lerik və Yardımlı rayonlarında qeydiyyatda olan ümumilikdə 500 minə yaxın vətəndaşa xidmət göstərən bu regional mərkəzdə 214 əməkdaş və 40 könüllü çalışır.