Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Araz çayı üzərində körpü inşa olunur

18.01.2024 [14:50]

Azərbaycan Respublikasının əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən avtomobil yolunun İran İslam Respublikası ilə bağlantısı və Araz çayı üzərində körpünün tikintisi işləri icra olunur. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun İran İslam Respublikası ilə bağlantı yolu və Araz çayı üzərində körpü layihəsi Horadiz - Cəbrayıl - Zəngilan - Ağbənd avtomobil yolunun 111.8 km-dən ayrılır. Qeyd olunan layihə üzrə avtomobilyolunda süni qurğuların və torpaq yatağının tikintisi davam etdirilir.  Hazırda ərazidə körpünündayaqsvaylarınınvurulması və svaybaşlıqlarınınqurulması işləri görülür.