Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Prezidenti İlham Əliyev Seneqalın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

18.01.2024 [16:14]

Xəbərin mətni

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Seneqal Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şeyx Qeyenin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı səfirlə söhbət etdi.

Səfir Seneqal Prezidentinin qardaş salamlarını dövlətimizin başçısına çatdırdı. Qeyd etdi ki, Seneqal Prezidenti ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi əzmindədir.

BÖLMƏNİN DİGƏR VİDEOLARI