Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Şəkidə seçki hüququ ilə bağlı maarifləndirici tədbir keçirilib

19.01.2024 [18:30]

Xəbərin mətni

Yanvarın 19-da Şəki şəhərində Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyasının (MSK) birgə təşkilatçılığı ilə növbədənkənar prezident seçkiləri ilə əlaqədar “Vətəndaşların seçki hüququnun təmini” mövzusunda növbəti regional maarifləndirmə tədbiri keçirilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında keçirilən dəyirmi masada Ombudsman Aparatı və MSK-nın məsul şəxsləri, Şəki-Zaqatala bölgəsində, eləcə də ətraf şəhər və rayonlarda fəaliyyət göstərən 17 seçki dairəsi üzrə dairə seçki komissiyalarının sədrləri və məntəqə komissiyalarının üzvləri iştirak ediblər.