Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ombudsman seçkidən danışdı

20.01.2024 [11:54]

Xəbərin mətni

Azərbaycan Respublikasının Ombudsman Aparatı və Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı fəaliyyət planı tərtib edib. Fəaliyyət planı çərçivəsində silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın insan hüquqları üzrə müvəkkili Səbinə Əliyeva deyib.O bildirib ki, Bakıdan başlayaraq Gəncə, Şəki, Quba və Naxçıvanda vətəndaşların seçki hüququnun təmini mövzusunda təlim və treninqlər təşkil olunub. Yaxın günlərdə həmin fəaliyyət davam etdiriləcək.